Azərbaycanda uşaqlar xaricdə istirahət eləmək imkanı qazanacaq

17:31 | 22.01.2014
Azərbaycanda uşaqlar xaricdə istirahət eləmək imkanı qazanacaq

Azərbaycanda uşaqlar xaricdə istirahət eləmək imkanı qazanacaq

Milli Məclis yaz sessiyasında “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsinin müzakirəsi, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi gözlənilir.Modern.az xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.O bildirib ki, uzun müddətdir ki, üzərində işlənilən və çox önəmli olan bu qanun bu sessiyada müzakirə olunacaq.H.Rəcəbli “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsindən danışarkən qeyd edib ki, uşaqların istirahəti sahəsində dövlət siyasətinin əsas prinsipləri irqindən, milliyyətindən, dinindən, cinsindən asılı olmayaraq hər bir uşağın istirahət hüququ bərabərdir.“Uşaq istirahət müəssisələrində təhlükəsizlik və sağlam mühitdə yaşamaları üçün əlverişli şəraitin yaradılmasına, fiziki və psixi sağlamlığının möhkəmləndirilməsi istiqamətində siyasət həyata keçirilir. Sənəddə eyni zamanda uşaqların xaricdə istirahət etmək və asudə vaxtlarının təşkili məsələsi də öz əksini tapıb. Müzakirələrin yekunu olaraq mövcud qanunun daha təkmil formada hazırlaması üçün işçi qrupu yaradılıb və bu işçi qrupu müzakirələr zamanı səsləndirilən təklifləri nəzərə almaqla qanun layihəsini yenidən təkmil formada hazırlayacaq”.Məlumat üçün bildirək ki, işçi qrupuna Komitə üzvü Sədaqət Vəliyeva rəhbərlik edəcək. “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi 5 fəsil və 25 maddədən ibarətdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM