Azərbaycanda uşaqlara qarşı əxlaqsız hərəkətlərin STATİSTİKASI

15:34 | 24.11.2015
Azərbaycanda uşaqlara qarşı əxlaqsız hərəkətlərin STATİSTİKASI

Azərbaycanda uşaqlara qarşı əxlaqsız hərəkətlərin STATİSTİKASI

Bu ilin 9 ayında Azərbaycanda azyaşlılara qarşı 470 cinayət hadisəsi baş verib, bunlardan 133-ü zorakılıqla bağlı olub.

Daxili İşlər Nazirliyindən Modern.az saytına verilən statistik məlumata görə, yetkinlik yaşına çatmayanlara qarşı cinayət məsuliyyəti müəyyən edilmiş şəxslərin sayı 437 olub. Onlardan 368–i məsuliyyətə cəlb olunub.

Məlumatda qeyd olunub ki, 2015-ci ilin 9 ayı ərzində azyaşlılara qarşı seksual xaraketrli 29 zorakılıq hərəkətləri müəyyənləşib. Eyni zamanda həmin dövrdə azyaşlılara qarşı 7 əxlaqsız hərəkətlər olub. Bu dövrdə uşaqları fahişəliyə və əxlaqsız əməllərə cəlb etmə faktı qeydə alınmayıb.

2105-ci ilin 9 ayında polis orqanlarının əldə etdiyi məlumatlar əsasında 41 erkən nikah müəyyənləşdirilib. Onların 15-i ilə bağlı cinayət işi açılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM