Azərbaycanda valideynlər övladlarının həyatını belə məhv edir

11:44 | 27.10.2014
Azərbaycanda valideynlər övladlarının həyatını belə məhv edir

Azərbaycanda valideynlər övladlarının həyatını belə məhv edir

Nə qədər təəssüf doğursa da, Azərbaycanda mentalitet və ailə basqısından qaynaqlanan faciəvi halların sayı artmaqdadır. Bəzi ailələr zorla övladlarına öz bildiklərini sırımağa çalışırlar. Onlara öz bildikləri həyat tərzini diqtə edir, zorla öz bildikləri adama ərə verməyə çalışır, övladlarını daimi gərginlikdə, stres içində saxlayırlar. Sonda isə fəlakət baş verir. Övlad intihar edir, özünü öldürür. Bundan sonra yəqin ki, valideynlər övladlarına hansı mənəvi işgəncələri yaşatdıqlarını başa düşərlər. Bütün bunların hamısı təhsilsizlikdən, maarifdən və dünyagörüş problemindən qaynaqlanır. İnsanın öz övladının həyatını məhv etməkdən daha faciəli bir şey ola bilməz. Bu günlərdə yenə belə bir hadisə baş verir. Zorla ərə verilən qız özünü öldürüb. 

365.az-ın anspress-ə istinadən məlumatına görə, Siyəzənin Babək küçəsində yaşayan 24 yaşlı Quliyeva G. Vasif qızı özünü yaşadığı evin sanitar qovşağında asaraq intihar edib. 

Gənc qızın bu günlərdə nişanı olacaqmış. İlkin ehtimala görə, o, başqasını sevib və məhz buna görə də intihar edib. 

Hadisə ilə bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. 

365.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti