Azərbaycanda vəzifəli şəxs ifşa edildi

17:42 | 27.10.2014
Azərbaycanda vəzifəli şəxs ifşa edildi

Azərbaycanda vəzifəli şəxs ifşa edildi

“Standart Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin qiymətli kağızlar üzrə baş mütəxəssisi Məzahim Məmmədovun qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək  özünü xarici ölkələrdə geniş fəaliyyət göstərən “Minvest” şirkətinin sahibi, Avropa və Amerikada qiymətli kağız birjaları ilə yaxın əlaqəsi olan mütəxəssis kimi təqdim edərək Bakı şəhər sakininə yüksək faizlə gəlir əldə etməyi vəd verməklə 2013-cü ildə aldadıb 60 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM