Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə öldü

17:23 | 20.08.2014
Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə öldü

Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə öldü

Dünən Şabran rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.Lent.az xəbər verir ki, Bakı-Quba yolunun 110-cu kilometrliyində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"i Bakı sakini, 34 yaşlı Sənan Quliyev idarə edirmiş. O, hadisə yerindəcə keçinib. Avtomobildə olan sürücünün dostu Əfqan Əsgərovun isə ayaqları sınıb. Dəhşətli qəzada ölən 34 yaşlı S.Quliev Səbail rayonunda yerləşən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədovanın oğludur. S.Quliyev subay olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür