Azərbaycanda xərçəng aksiyası

19:28 | 23.07.2014
Azərbaycanda xərçəng aksiyası

Azərbaycanda xərçəng aksiyası

Milli Onkologiya Mərkəzinin həkim briqadası iyulun 16-dan 22-dək Balakən, Zaqatala və Qax rayonlarında əhali arasında müayinələr aparıb.
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, nazirliyin baş mütəxəssisi, respublikanın baş onkoloqu Azad Kərimli müayinələrin xərçəng və xərçəngyönümlü xəstəliklərin vaxtında aşkar olunaraq nəzarətə götürülməsi məqsədilə aparıldığını açıqlayıb. Müayinələr mərkəzin Mobil Diaqnostika Kompleksinin vasitəsilə aparılıb.
Aksiya çərçivəsində Balakən rayonunda 1154, Zaqatalada 1010, Qax rayonunda isə 1385 nəfər müayinə edilib. Müayinələr zamanı Balakəndə 76, Zaqatalada 61, Qaxda isə 67 xəstə aşkar edilib.
Nazirlikdən qeyd ediblər ki, xəstəlik aşkarlanan şəxslər arasında xərçəngdən əziyyət çəkənlərin sayı az olub. Digər xəstələr də mütəxəssislərin müayinəsinə yönəldilib.
Son vaxtlart qadınlar arasında süd vəzisinin xərçənginə daha çox rast gəlindiyindən bölgələrdə qadınların müayinəyə cəlb edilməsinə xüsusi diqqət yetirilib.
Xatırladaq ki, müxtəlif bölgələrdə keçirilən aksiyalar pulsuzdur və aşkarlanan xəstələr dövlət hesabına müayinə və müalicə edilirlər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM