Azərbaycanda yağıntılı hava davam edəcək

14:06 | 04.12.2015
Azərbaycanda yağıntılı hava davam edəcək

Azərbaycanda yağıntılı hava davam edəcək

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraiti yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, dekabrın 5-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək.
Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9 dərəcəy isti olacaq.

Azərbaycanın şimal və şərq rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi meteoroloji proqnoza əsasən, dekabrın 5-i gündüzdən 7-nə qədər Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM