Azərbaycanda yağış yağacaq

13:28 | 12.10.2015
Azərbaycanda yağış yağacaq

Azərbaycanda yağış yağacaq

Sabah Azərbaycanın rayonlarında yağış yağacaq.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 17-19, Bakıda isə gecə 14-16, gündüz 17-19 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM