Azərbaycanda yağıntılı hava davam edəcək

13:06 | 27.02.2014
Azərbaycanda yağıntılı hava davam edəcək

Azərbaycanda yağıntılı hava davam edəcək

 Bakı və Abşeron yarımadasında fevralın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 28-də Abşeron yarımadasında nisbətən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, martın 1-2-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM