• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Azərbaycanda yaşayan əcnəbilərə - ŞAD XƏBƏR

Azərbaycanda yaşayan əcnəbilərə - ŞAD XƏBƏR
20.11.2019 10:52
Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi müddətləri dövlət rüsumuna uyğun olaraq dəyişdirilib. Artıq bu icazəni 10 iş günü ərzində də almaq mümkün olacaq.

Bununla əlaqədar Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının "Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilib.
Bu dəyişikliklərə görə, elektron xidmət artıq 23 iş günü ərzində icra edilməyəcək. Bu müddət "Dövlət rüsumu haqqında" qanuna əsasən ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq, fərqli olacaq.

İndiyədək mövcud olan reqlamentə əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə dövlət rüsumu 3 ayadək 350 manat, 6 ayadək 600 manat, 1 ilədək 1000 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdi.

Yeni reqlametə görə isə ödənilən dövlət rüsumunun məbləğindən asılı olaraq, xidmət fərqli müddətlərdə icra ediləcək. Belə ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 10 iş günü müddətində verildikdə - 3 ayadək 700 manat, 6 ayadək 900 manat, 1 ilədək 1400 manat, 15 iş günü müddətində verildikdə - 3 ayadək 500 manat, 6 ayadək 700 manat, 1 ilədək 1200 manat rüsum müəyyən edilib.
Yeni qərar artıq noyabrın 16-dan qüvvəyə minib. (trend)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentlər Şahbulaq qalasında olublar
Siyasət 22:44
Prezidentlər Şahbulaq qalasında olublar
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Siyasət 20:12
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Siyasət 18:13
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Siyasət 17:18
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Emi Karlon gələn həftə Bakıya gələcək
Siyasət 17:15
Emi Karlon gələn həftə Bakıya gələcək
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Siyasət 14:54
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Səfir Azərbaycana dəstəyini ifadə edib
Siyasət 14:21
Səfir Azərbaycana dəstəyini ifadə edib
Prezident Xankəndində qəbul keçirib
Siyasət 14:12
Prezident Xankəndində qəbul keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol