Azərbaycanda yeni dəfn qaydaları tətbiq olunacaq

13:21 | 27.10.2014
Azərbaycanda yeni dəfn qaydaları tətbiq olunacaq

Azərbaycanda yeni dəfn qaydaları tətbiq olunacaq

“Ölkədə özəl və bələdiyyə qəbiristanlıqlarının yaradılması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müvafiq sənəd hazırlanır”.

Bunu lent.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib. Millət vəkili bildirib ki, bununla bağlı ya qanun qəbul olunacaq, ya da Nazirlər Kabineti qərar verəcək. “Həmin sənədlə qəbiristanlıqların formaları, dəfn qaydaları və s. məsələlər müəyyənləşdiriləcək. Ola bilsin ki, ilin sonuna qədər bununla bağlı Nazirlər Kabineti qərar versin".

M. Quliyevin sözlərinə görə, qəbiristanlıqlarla bağlı hazırlanan sənəddə imkansız ailələrin dəfninin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapacaq. “Ola bilsin ki, özəl qəbiristanlıqlar özləri dəfn xidmətləri təklif etsin”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür