Azərbaycanda yeni dövlət xidməti yaradılır

11:42 | 16.07.2014
Azərbaycanda yeni dövlət xidməti yaradılır

Azərbaycanda yeni dövlət xidməti yaradılır

Kənd Təsərrüfatı Nazirliyi (KTN) sistemində ilin sonuna qədər bir sıra struktur dəyişiklikləri həyata keçiriləcək.

Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən nazirliyin bir sıra mərkəzi və yerli qurumları ləğv ediləcək. Əvəzində yeni idarələr, eyni zamanda Dövlət Xidməti yaradılacaq. Belə ki, KTN-in Dövlət Baytarlıq Xidməti, Dövlət Texniki Nəzarət Xidmətinin rayon idarələri ləğv olunmaqla, yeni regional idarələr yaradılacaq.

Həmçinin, payızda Respublika Toxum Müfəttişliyi və Müfəttişliyin yerli idarələri də  ləğv olunacaq. Onun əvəzində yeni Dövlət Xidməti yaradılacaq. Xidmətin rayon idarələri isə regional idarələrlə əvəz ediləcək.

Adıçəkilən quruma indiyə qədər rəis təyin olunmaması da bununla bağlıdır.  Dövlət Xidməti formalaşdıqdan sonra yeni quruma rəhbər təyin ediləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM