Azərbaycanda yeni tibbi yardım növü yaradılır

12:55 | 28.01.2015
Azərbaycanda yeni tibbi yardım növü yaradılır

Azərbaycanda yeni tibbi yardım növü yaradılır

Azərbaycanda səhiyyə sistemində yeni tibbi yardım növü yaradılır.

APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 34-cü maddəsinə əlavə bəndin salınması müzakirəyə çıxarılıb.
 
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirib ki, yeni bəndə görə, tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.
 
A.Abbasova dəyişikliyə şərh edərək bildirib ki, bu, müvafiq xəstəliklər üzrə yeni tibbi xidməti növünün yaradılması deməkdir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM