"Azərbaycan neftdən-qazdan əldə etdiyi gəlirləri düzgün istifadə edir. Buna görə son 20 il ərzində Azərbaycanda yaşıyanların yoxsulluq səviyyəsi 50%-dən 5%-ə düşüb. Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,9%-dir. Neftdən qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün ilk növbədə Qarabağ və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir. Neftlə qazla zəngin olan ölkələr arasında hansısa miflər yaradılmamalıdır",- Əliyev aprelin 26-da Almaniyada Şoltsla birgə keçirilən mətbuat komfrasında bilidirib.
Əliyev söyləyib ki, COP29-u keçirən Azərbaycanın məqsədi əldə olunan gəlirləri yaşıl enerjiyə sərf etmək olacaq. Həmçinin Azərbaycan ev sahibi kimi körpülər yaradacaq.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !