• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Ceyhun Bayramov Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
16.06.2026 19:00

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı, Azərbaycan ilə Türk İnvestisiya Fondu arasında əməkdaşlıq gündəliyində duran məsələlər, Fondun fəaliyyət istiqamətləri və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanın təşəbbüsü və fəal dəstəyi ilə yaradılmış Türk İnvestisiya Fondunun türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və regionun dayanıqlı inkişafına töhfə baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Azərbaycanın irəlilətdiyi layihələrin regional bağlantıların gücləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafında oynadığı rol qeyd olunub. Bu çərçivədə, Orta Dəhlizin potensialının artırılması, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı, həmçinin ölkənin mühüm logistika və nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Bayramov Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında formalaşdırılan nəqliyyat-logistika infrastrukturunun regional ticarət və yükdaşımaların həcminin artırılmasına xidmət etdiyini bildirib.

Bununla yanaşı, alternativ enerji sahəsində görülən işlər barədə məlumat verilib.

Tərəflər Türk dünyasının iqtisadi potensialının daha səmərəli reallaşdırılması, qarşılıqlı faydalı investisiya layihələrinin təşviqi, nəqliyyat, enerji və infrastruktur sahələrində birgə səylərin artırılmasının ortaq rifahın möhkəmləndirilməsinə və regionun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol