“Azərbaycanda özəl “Ahıllar evi” tikilməlidir” - Təklif

10:38 | 06.03.2014
“Azərbaycanda özəl “Ahıllar evi” tikilməlidir” - Təklif

“Azərbaycanda özəl “Ahıllar evi” tikilməlidir” - Təklif

“Ahıllar evi” iki cür olur. Birincisi, özəl “Ahıllar evi”dir və dünyanın bir çox yerində bu təcrübədən istifadə edilir. Bura yerləşən ən varlı adamlar bütün əmlakını satıb pulunu öz hesabına yatırır”. Bunu Modern.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ahıllar evləri ilə bağlı danışarkən deyib: “Özəl ahıllar evində üzgüçülük hovuzu, masaj salonları var. Bir sözlə, qocalar burda kef çəkirlər. İkincisi, sosial müdafiə xarakterli ahıllar evləridir. Burada isə imkansız, baxımsız qocalar yaşayır. Belə ahıllar evlərində yaşayan və sosial durumu ağır olan adamları dövlət öz hesabına təmin edir. Yeməyini, içməyini, hər bir təlabatını dövlət ödəyir”.Millət vəkilinin fikrincə, Azərbaycanda da istirahət tipli “Ahıllar evi” olmalıdır: “Düşünürəm ki, olacaq. Çünki elə adamlar var ki, evi darısqaldır, ya da kimsə çox adamla qalmaq istəmir. Övlad da düşünür ki, valideyni üçün yeni ev almaqdansa, onu xüsusi pansionata yerləşdirsə, daha məqsədəuyğun olar. Mən çox istərdim ki, bizim də ahıllar evi də bu cür olsun. Yaşlı insanlarımız ehtiyac üzündən yox, gününü xoş keçirmək üçün ora getsinlər”.H.Rəcəblinin sözlərinə görə, “Sosial xidmət haqqında” qanun bizdə də bu cür özəl müəssisələrin yaradılmasına imkan verir: “Bu cür evlərin tikintisinə artıq sahibkar maraqlı olmalıdır. Çünki bu da biznesin bir növüdür. İstifadə edə bilən yaxşı nəticələr qazanacaq.Dünya təcrübəsində belə bir qayda da var. Varlı adam yaşadığı evin bir otağını valideyni üçün ayırır, ona xüsusi baxıcı tutur. Həmin otaqda qocanın ehtiyacını ödəmək üçün hər cür şərait yaradılır. Sosial işçi hər gün onunla maraqlanır, qayğısına qalır. Belə xidmət növündən bizdə də istifadə olunur”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM