Azərbaycandakı türkiyəlilər nə vaxt səs verəcək?

21:24 | 30.07.2014
Azərbaycandakı türkiyəlilər nə vaxt səs verəcək?

Azərbaycandakı türkiyəlilər nə vaxt səs verəcək?

Azərbaycanda yaşayan türklər ölkələrində keçirilən prezident seçkilərində iştirak edəcəklər. ANS PRESS-in məlumatına görə, Türkiyə Mərkəzi Seçki Komissiyası xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının öz prezidentlərini seçmək üçün təyin olunan səsvermə vaxtları açıqlanıb. Pezident seçikləri üçün xarici ölkələrdə səsvermə prossesi sabahadan etibarən start götürəcək. Prossesin 3 avqust tarixinə qədər davam edəcəyi bildirilir.Türkiyə Mərkəzi Seçki Komissiyasının qərarına görə, Almanya, ABŞ, Belçika, Danimarka, Fransa, Hollandiya, İsrail, İsveçre, İtalya, Şimali Kipir Türk Cümhuriyəti, Livan, Norveç, Rumınya, Səudiyyə Ərəbistanı və Türkmənistanda yaşayan Türkiyə vətəndaşları iyulun 31-də öz namizədlərinə səs verə biləcəklər. Kanada, Avstraliya və Rusiyada səsvermə prossesi 31 iyul və 2 avqusta tarixlərində baş tutacaq. Azərbaycan, Bəhreyin, Çexiya, Finlandiya, Şimali Afrika, Gürcüstan, İran, İrlanda, İspanya, Kosova, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna və Yeni Zellandiyada isə səvermə 3 avqust tarixində keçiriləcək. Qeyd edək ki, xarici ölkələrdə ümumilikdə 2 milyon 801 bin 666 türk seçici yaşayır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM