Azərbaycandan Rusiyaya gedənlərin sayı azalıb

10:40 | 13.03.2014
Azərbaycandan Rusiyaya gedənlərin sayı azalıb

Azərbaycandan Rusiyaya gedənlərin sayı azalıb

Rusiyaya MDB ölkələrindən miqrant axını azalıb.

Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski bildirib. Konstantin Romadanovski Rusiyaya hazırda uzaq ölkələrdən miqrant axınında kəskin artım olduğunu söyləyib:“Hazırda MDB ölkələrindən miqrant axını azalıb. 2014-cü ilin ilk iki ayında Rusiyaya keçən illə müqayisədə 15,5 faiz az miqrant gəlib. Bununla yanaşı Özbəkistandan gələn miqrantlar 33 faiz Qırğızıstandan 28,7 faiz, Azərbaycandan 27,6 faiz, Tacikistandan 23,4 faiz, Moldovadan 23,4 faiz azalıb. Uzaq ölkələrdən Rusiyaya gələn miqrantların sayında isə artım var. Kanadadan 82 faiz, Cənubi Koreyadan 71, 8 faiz, ABŞ-dan 38,6 faiz, Yaponiyadan 37 faiz, Niderlandan 36 faiz gələn miqrantların sayı artıb”. Qeyd edək ki, keçən il Rusiyaya 17,7 milyon xarici vətəndaş gəlib. //Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM