Azərbaycanın futbol klubu dünya reytinqində irəliləyib

10:12 | 10.03.2023
Azərbaycanın futbol klubu dünya reytinqində irəliləyib

Azərbaycanın futbol klubu dünya reytinqində irəliləyib

Azərbaycanın "Qarabağ" futbol klubu dünya reytinqində 7 pillə önə çıxıb. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqində açıqlanıb.

 
Məlumata görə, ümumilikdə 307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən təkcə Qarabağ futbol klubunun adı qeyd olunub.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo", "Real Madrid"  və "Palmeyras" yer alıb.
 
1951-ci ildə, Ağdamda "Məhsul" idman cəmiyyətinin futbol komandası yaradılmaqla klubun əsası qoyulub.

"Qarabağ" 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. "Qarabağ" tarixində 9 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olub. "Qarabağ" eyni ildə həm ölkə çempionu olan, həmdə ki ölkə kubokunu qazanaraq qızıl dubl edən ilk Azərbaycan klubudur.

Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM