Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək - İRAN XİN

18:36 | 09.07.2024
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək - İRAN XİN

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək - İRAN XİN

Azərbaycanın İrandakı səfirliyi yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib. Məlumatı İran mediası yayıb.

Dəmirçilu onu da qeyd edib ki, rəsmi Tehran hələlik İranın Azərbaycana yeni səfirini təyin etməyib. Onun sözlərinə görə, ölkədə yeni hökumət formalaşandan sonra səfir təyinatı məsələsinə baxılacaq.

 2023-cü il yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub. Hücum edən şəxs diplomatik missiyanın mühafizə postunu yararaq təhlükəsizlik xidmətinin rəhbərini Kalaşnikov avtomatı ilə öldürüb. Səfirliyin daha iki təhlükəsizlik əməkdaşı hücumu dəf edərkən yaralanıb. Bu hadisədən sonra diplomatik nümayəndəlik Tehrandakı fəaliyyətini dayandırıb.
 
Rəsmi Bakı məsələyə hələlik aydınlıq gətirməyib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti