Azərbaycanın keçmiş prezidenti səs verdi

13:14 | 01.11.2015
Azərbaycanın keçmiş prezidenti səs verdi

Azərbaycanın keçmiş prezidenti səs verdi

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov parlament seçkilərində səs verib. 

"Report" xəbər verir ki, eks-prezident 17 saylı Yasamal üçüncü seçki dairəsinin 26 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib. 
A.Mütəllibov məntəqəyə daxil olduqdan sonra onun barmağına mürəkkəb vurulub. 

Keçmiş prezident səsverdikdən sonra "Report"a açıqlama verib. O bildirib ki, vətəndaş kimi səsvermə hüququndan istifadə etdiyinə görə məmnundur. A.Mütəllibov bütün vətəndaşları seçkidə fəal iştirak etməyə çağırıb: "Sərbəst şəkildə, azad formada seçimimi etdim. Vətəndaşlara belə seçki şəraitinin yaradılmasından da məmnunam”.
Hansı namizədə səs verdiyinə gəlincə, A.Mütəllibov bunu açıqlamaq istəməyib: "Sərvermə gizli keçirilir. Ona görə də kimə səs verdiyimi açıqlamaq istəmirəm. 

Amma ümumi olaraq deyim ki, ölkədə siyasi sabitlik, sosial-iqtisadi inkişaf var, Azərbaycanın hərbi qüdrəti, beynəlxalq nüfuzu günü-gündən artır. Vətəndaşlar bunların qədrini bilməli və seçkilərdə fəal iştirak etməklə hazırkı siyasətin davam etməsinə öz töhfələrini verməlidirlər”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM