Azərbaycanın nazir müavini İrəvanda

11:26 | 27.06.2018
Azərbaycanın nazir müavini İrəvanda

Azərbaycanın nazir müavini İrəvanda

İrəvanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 38-ci iclası keçirilir. 

AzVision.az xəbər verir ki, Xarici işlər Nazirlərinin görüşündə QİƏT-ə üzv dövlətlərin hamısından nümayəndələr qatılıb. Lakin bir neçə ölkəni xarici işlər naziri yox, onların müavinləri təmsil edirlər.

İrəvandakı iclasa qatılan Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edir. 

Toplantı çərçivəsində rotasiya qaydalarına uyğun olaraq, QİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmmədquliyev sədrliyi qəbul edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti