Azərbaycanda yerli qeyri-ərzaq məhsullarının texniki reqlamentləri hazırlanır.
Bunu "APA-Economics"ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, bu reqlamentlər Türkiyə təcrübəsi ilə birləşəcək ki, bu da dolayı yolla Avropa təcrübəsinin tətbiqi deməkdir: "Azərbaycanın qeyri-ərzaq məhsulları Avropa bazarlarına ixrac edilərkən onların texniki reqlamentləri bu bazarlara daha rahat və keyfiyyətli şəkildə daxil olmağa imkan yaradacaq.
O cümlədən könüllü standartlar da, Türkiyə təcrübəsi və dolayı yolla Avropa təcrübəsi ilə uyğunlaşdırılması yerli məhsulların Avropa bazarlarına çıxarılmasına müsbət təsir göstərəcək".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !