Azərbaycanın turistlərə qaytardığı pulun miqdarı – SON RƏQƏM

15:37 | 02.11.2016
Azərbaycanın turistlərə qaytardığı pulun miqdarı – SON RƏQƏM

Azərbaycanın turistlərə qaytardığı pulun miqdarı – SON RƏQƏM

31 oktyabr 2016-cı il tarixinə olan vəziyyətə görə, "Tax free” sistemi 31 vergi ödəyicisinə məxsus 204 mağazada tətbiq edilir. Oktyabrın sonuna bu sistem çərçivəsində 59 xarici dövlətin vətəndaşına 2,962 min faktura verilib.

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə "Vergilər” qəzetində məlumat verilir.

"ƏDV daxil olmaqla, həmin fakturalar çərçivəsində alışların dəyəri 4 milyon 850,8 min manat təşkil edib. Qaytarılan ƏDV-nin məbləği 493,3 min manat səviyyəsində qiymətləndirilir. Bununla belə, xarici vətəndaşlar tərəfindən 492,6 min manat əlavə dəyər vergisi geri qaytarılıb”, - deyə qəzetdə vurğulanır.

Qeyd edək ki, "Tax free” sisteminin operatoru Vergilər Nazirliyi müəyyən edilib. Nazirlik malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb