Azərbaycanın yalnız 3 bankında kibertəhlükəsizlik sistemi 7/24 işləyir - Mərkəzi Bank

18:36 | 25.11.2022
Azərbaycanın yalnız 3 bankında  kibertəhlükəsizlik sistemi 7/24 işləyir - Mərkəzi Bank

Azərbaycanın yalnız 3 bankında kibertəhlükəsizlik sistemi 7/24 işləyir - Mərkəzi Bank

Azərbaycanın əksər aparıcı banklarında kibertəhlükəsizlik sistemi 24/7 rejimində fəaliyyət göstərmir ki, bu da kiberhücumlar üçün təhlükə yaradır. Bu barədə Azərbaycan Mərkəzi Bankının informasiya və kibertəhlükəsizlik departamentinin rəhbəri Elvin Şahverdiyev bildirib.

"Bankların fəaliyyətinin qiymətləndirilməsi nəticəsində məlum olub ki, operativ təhlükəsizlik mərkəzlərinin olmasına baxmayaraq, əksər aparıcı banklarda 24/7 kibertəhlükəsizlik sistemi yoxdur”, - deyə Şahverdiyev cümə günü VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, ilk 10 bankdan yalnız 3-də 24/7 təhlükəsizlik sistemi mövcuddur.

O qeyd edib ki, Mərkəzi Bank tərəfindən hazırlanmaqda olan kibertəhlükəsizlik strategiyasında bu məsələyə xüsusi yer veriləcək.

Şahverdiyev həmçinin qeyd edib ki, kibertəhlükəsizlik strategiyası çərçivəsində Kompüter Fövqəladə Hallara Müdaxilə İşçi Qrupu (CERT) yaradılacaq.

"İşçi qrupunun yaradılması həm bank sektorunda, həm də əhali arasında kibercinayətkarlıq meylləri barədə məlumatlılığın artırılmasına kömək edəcək. Bundan əlavə, insidentlərə operativ reaksiya vermək və təhdidlərin qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq və Sinqapur, ABŞ, Aİ ölkələri və Çin kimi aparıcı ölkələrin təcrübəsindən istifadə genişləndiriləcək”, - o vurğulayıb.

Mərkəzi Bankın sədri Taleh Kazımovun bir qədər əvvəl dediyi kimi, Mərkəzi Bank Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə hazırda 2023-2025-ci illəri əhatə edəcək maliyyə sektoru üçün kibertəhlükəsizlik strategiyasını hazırlayır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM