Yaradıcı qadınların əl işləri sərgisi - FOTOLAR

18:07 | 01.12.2016
Yaradıcı qadınların əl işləri sərgisi - FOTOLAR

Yaradıcı qadınların əl işləri sərgisi - FOTOLAR

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Yaradıcı Qadınlar Assosiasiyası”nın üzvlərinin sərgisinin açılışı olub. Sərgidə 60 iştirakçının 100-dən çox işi nümayiş olunub. 

Tədbirdə incəsənətin müxtəlif sahələri ilə məşğul olan nümayəndələr bir araya gəldi: rəssamlar, fotoqraflar, oyuncaq ustaları, dekorativ-tətbiqi sənət nümayəndələri. Sərgilənən əsərlər arasında qrafika, rəsm, yağlı boya, fotolar, xalçalar, müəllif kuklalar, bijuteriyalar və digər əsərlər xüsusi marağa səbəb olub.

 
 
"Yaradıcı Qadınlar Assosiasiyası" 1999-cu ilin dekabrında Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib. Assosiasiyanın missiyalarından biri cəmiyyətdə  gənc istedadların inkişafına xidmət etmək, eyni zamanda, cəmiyyətin rifahı naminə aztəminatlı və imkansız təbəqələrin ictimai və mədəni səviyyəsini qaldırmaqdır. 

 
 
Assosiasiya üzvləri bir sıra fəaliyyət növləri ilə məşğul olur. Onlar sənət əsərlərini saxlayır və bərpa edirlər (rəsm, nəqqaşlıq, qrafika, xalça, keramika, metal, ağac sənəti və digərləri); bütün növ və janrlarda incəsənət əsərlərinin elmi tədqiqat işlərini aparırlar. Təqdimatlar, sərgilər, yarmarkalar və s. təşkil edilir; Azərbaycan incəsənəti və mədəniyyəti haqqında sənədli filmlər çəkir; öz fəaliyyəti və ümumillikdə, Azərbaycanın mədəniyyətini və incəsənətini qurumun rəsmi saytında işıqlandırır.

 
 
Tamella Qurbanova, Röya Həsənova, Nigar Familsoy, Elya Əsgərova, Nigar Cavanşirzadə, Xalidə Nəsirova, Könül Mustafayeva, Nurlanə Cəlilzadə, Laləndar Kərimova, Zemfira Səlimova, Şəhla Əsgərova, İlahə Quliyeva, Bəyim Hacıyeva, Leynifar Museyibova, Ləman Tağızadə, Nigar Kərimova, Yelizaveta Kamilova, Gülşən Hacıyeva, Samirə Rəhimova, Afaq Hüseynova və digərləri sənət əsərlərini tamaşaçılara təqdim edib.

Təşkilat qurulduğu gündən etibarən aşağıdaki işləri: 

 
 
1. Qaçqın və məcburi köçkün uşaqların folklor sənəti haqqında "Bir ovuc Günəş" sənədli filim (Azərbaycan nümayəndəliyi "Internews Network", 2000 il); 

2. "Yaradıcı Qadınlar Assosiasiyasının" veb saytının (cwa-az.com) hazırlanması, 2000-ci il (Açıq Cəmiyyət İnstitutu, Azərbaycan); 

3. Uşaq evlərində kimsəsiz uşaqların Bakı Xoreoqrafiya Məktəbinə daxil olmasına hazırlıq (2000-2002-ci illər); 

4. Bakı Metropoliteninin "Xalqlar Dostluğu" stansiyasının dekorativ panolarının bərpası (2001 il); 

5. "Əlillər üçün (xalçaçılıq, keramika, bədii metal, ağac oyma sənəti üzrə kurs) yaradıcı peşə" kurslarının təşkili. Almaniya Xalq Universitetləri Assosiasiyasının Beynəlxalq Əməkdaşlıq İnstitutu, 2002-2006. 

6. Rəqs klipinin yaradılması: "Naz eləmə" rəqs klipinin çəkilməsi (2008-ci il);

7. Sara Oğuz Nəzirovanın "Seçilmiş əsərləri". (2008-ci ildə Azərbaycan səhmdar birliyi "Qaradağ - Sement") kitabının ingilis dilində tərcüməsi və nəşri; 

8. "Yaradıcılıq kursları uşaqlar üçün (Art - terapiya) 3 saylı uşaq evinin uşaqları üçün (Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası, 2008-2009); 

9.AMEA-nın nəzdində Azərbaycan Tarix muzeyindəki eksponatların bərpası - 2008-2011.

Sərgidən fotoları təqdim edirik:  


































 
Rüstəm Qasımov

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM