Azərbaycanlı aktrisalar qəzaya uğradı: ölən var

11:34 | 11.08.2014
Azərbaycanlı aktrisalar qəzaya uğradı: ölən var

Azərbaycanlı aktrisalar qəzaya uğradı: ölən var

Avqustun 8-i axşam saatlarında Masallı rayonunda 1 nəfərin ölümü, daha 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. ANN.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Ələt-Astara yolunun 196-cı kilometrliyində avtokranla toqquşan “Kia” markalı avtomobildəkilər Lənkəranın “Xınayaxdı” qrupunun üzvləri, Lənkəran Dövlət Teatrının aktrisaları olub. Qəzada həyatını itirən 20 yaşlı Lətafət Əlizadə həmin qrupun üzvü, həm də qrupun rəhbəri Sevinc xanımın qızı olub. Bundan başqa, qrupun üzvü olan 3 qadın və sürücü də ağır xəsarət alıb. Yaralılar Lənkəran sakinləri, 1990-cı il təvəllüdlü Cavid Qəmbərov, 1986-cı il təvəllüdlü Gülər Kərimova və 1983-cü il təvəllüdlü Füqanə Zeynallı və Lənkəran Dövlət Teatrının aktrisası Aynur Əhmədovadır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM