Azərbaycanlı alimdən yenilik

17:55 | 13.01.2015
Azərbaycanlı alimdən yenilik

Azərbaycanlı alimdən yenilik

Dünyada ilk dəfə olaraq Azərbaycan alimi tərəfindən hörümçəyin 3 yeni növü aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan Trend-ə məlumat verilib.

İnstitutdan bildirilib ki, yeni hörümçəklər biologiya üzrə fəlsəfə doktoru Natalya Sneqovaya tərəfindən tapılıb. Yeni hörümçəklər otbiçən növ - Rilaena kelbajarica, Phalangium mcheidzeae, Phalangium gorbunovi adlanır. Dünya elmi üçün yenilik olan bu yeni növ hörümçəklər elm üçün təsvir də edilib. Bu hörümçəklərin nazik, uzun ayaqları var və ot biçən formadadırlar.

Bununla yanaşı, alimlərimiz Azərbaycanda ev və vəhşi heyvanlar arasında ilk dəfə parazitlərin Cryptosporidium parvum növü aşkarlayıb. Lənkəran şirin sularında ilk dəfə olaraq, Qafqaz faunası üçün 1 növ çanaqlı amöb (Difflugia microclaviformis) və Azərbaycan faunası üçün (D.corona tuberculata) növü tapılıb.

Bunlardan əlavə, Azərbaycan faunasında ilk dəfə olaraq, yeni həşəratlar- 6 növ iynəcələr (Coenagrion puella (Linnaeus, 1758), C.vanbrinkae Lohmann, 1993, Cordulegaster insignis charpentieri Kolenati, C.vanbrinkae Lohman, 1993, Crocothemis servilla Drury, 1773, Libellula pontica Selys, 1887), Qafqaz faunası üçün 1 növ aktinetid gənələri (Myrmicothrombium sp.) ilk dəfə qeyd olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM