Azərbaycanlı biznesmenin “avtoş” oğlu qəza törətdi - 5 ölü

09:41 | 10.11.2014
Azərbaycanlı biznesmenin “avtoş” oğlu qəza törətdi - 5 ölü

Azərbaycanlı biznesmenin “avtoş” oğlu qəza törətdi - 5 ölü

Moskvanın Kutuzov prospektində azərbaycanlı sürücünün günahıucbatından dəhşətli qəza baş verib. Ağır qəza nəticəsində sürücü VaqifMirzəyev də daxil olmaqla 5 nəfər həlak olub.

ANN.Az-ın məlumatına görə, virtualaz.org RusiyaKİV-lərinə istinadən xəbər verir ki, Moskvada yaşayan 24 yaşlı VaqifMirzəyev özünün bahalı “BMW M5” markalı avtomobilini saatda 200 kmsürətlə idarə edirmiş. Bunu qəza şahidləri deyib.

Şahidlərinsözlərinə görə, bazar gününə keçən gecə saat 3-də baş vermiş qəza sırfV.Mirzəyevin günahı ucbatından baş verib: “O, yolun gah sağ, gah da soltərəfinə çıxaraq dəhşətli sürətlə hərəkət edirdi. Bəzən qarşıdan gələnavtomobillərin yoluna çıxırdı”.

Moskva yol polisindən bildirilibki, qəza Kutuzov prospektindəki 24 saylı binanın qarşısında baş verib.V.Mirzəyevin maşını yolun kənarında dayanmış taksiyə çırpılıb. “BMW M5”zərbənin təsirindən dərhal alışıb. Onu söndürmək mümkün olmayıb. Yanğınıyalnız yanğısöndürmə və xilasetmə briqadalarının gəlişindən sonrasöndürüblər.

Bundan sonra aparılmış ilkin təhqiqat zamanıV.Mirzəyevin və onun iki sərnişininin yanaraq öldüyü məlum olub.Ölənlərdən birinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Yalnız oməlumdur ki, həmin şəxs gənc kişidir. Taksidə də iki nəfər ölüb. Onlartaksi sürücüsü Koba Canelidze və onun sərnişini, 38 yaşlı SvetlanaBokovadır. V.Mirzəyevin maşınında olan 21 yaşlı Darya Dyadyura adlı gəncqadın isə onurğa sütununun sınığı və yanıq diaqnozu ilə xəstəxanayaaparılıb. O, “BMW M5”nin arxa oturacağında oturubmuş.

Darya Dyadyura

V.Mirzəyevindostları Rusiya mətbuatına bildiriblər ki, o, iti sürət həvəskarı olub:“Vaqifin heç vaxt pul problemi olmayıb. Vaqif varlı ailədən idi. Atasıbiznesmendir. Vaqifin əvvəllər “Mercedes ML350” markalı maşını vardı.“BMW M5” markalı maşını isə iki ay əvvəl almışdı”.

Rusiyamətbuatının araşdırmaları nəticəsində o da məlum olub ki, V.Mirzəyevvaxtaşırı olaraq avtomobil yarışlarında iştirak edib.

V.Mirzəyevinyaxın dostu Georgi Kikabidze deyib ki, o, hətta mükafatlar daqazanıbmış: “Vaqif stritreyserlərin (gecələr küçələrdə sürətlə maşınsürmək həvəskarlrının-red.) yarışlarının hamısında lap başda olardı. O,gecələr maşın sürmək həvəskarı idi. Bir dəfə də gecə qəza törətmişdi,amma o zaman ölüm-itim olmamışdı”.

O da məlum olub ki, V.Mirzəyev 4il imiş maşını sürücülük vəsiqəsi olmadan sürürmüş. Onu sərxoş haldamaşın sürdüyü üçün sürücülük vəsiqəsindən hələ 2010-cu ildə məhrumedibmişlər. V.Mirzəyev sürücülük vəsiqəsini bir də 2017-ci ildə alabiləcəkmiş. 

Daha bir maraqlı fakt ondan ibarətdir ki, V.Mirzəyeviki il qabaq baş vermiş yol qəzasında da əsas fiqurantlardan olub. Beləki, iki nəfərin ölümü ilə nəticələnən ağır qəza törətmiş David Arakelovadlı gənc hadisə yerindən məhz yaxın dostu V.Mirzəyev tərəfindən“Mercedes ML350”də qaçırılıbmış.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM