Azərbaycanlı fəallar 50 şallaq zərbəsinə məhkum edilib

16:21 | 24.07.2014
Azərbaycanlı fəallar 50 şallaq zərbəsinə məhkum edilib

Azərbaycanlı fəallar 50 şallaq zərbəsinə məhkum edilib

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizlər, urmiyalı fəallar Vəhid Faizpur və Behzad Süleymanpur 50 şallaq zərbəsinə məhkum edilib.
“Media forum” saytı “Oyannews.com”un farsdilli versiyasına istinadla xəbər verir ki, Urmiya məhkəməsi azərbaycanlı fəalları 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasına etiraz toplantılarına qatıldıqları üçün ictimai asayişi pozmaqda günahlandırıb. Onların hər biri 50 şallaq zərbəsinə və pul cəriməsinə məhkum olunub.
Azərbaycanlı fəallar 2011-ci ilin sentyabrı ayında Urmiya gölünün qurumasına qarşı etiraz aksiyalarına qatıldıqlarına görə tutulub, 8 gün saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Hər iki azərbaycanlı fəal milli zəmindəki dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulublar.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM