Azərbaycanlı gənclərin xaricdə təhsil ala biləcəyi ali təhsil müəssisələri

18:51 | 12.02.2014
Azərbaycanlı gənclərin xaricdə təhsil ala biləcəyi ali təhsil müəssisələri

Azərbaycanlı gənclərin xaricdə təhsil ala biləcəyi ali təhsil müəssisələri

2014/2015-ci tədris ilində azərbaycanlı gənclərin xaricdə təhsil alması məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil prioritet ixtisas istiqamətlərinin siyahısı təsdiq olunub. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, yeni siyahı Azərbaycan prezidenti yanında Təhsil məsələləri üzrə Komissiya sədrinin 10 fevral 2014-cü tarixli sərəncamı təsdiqlənib. Yeni siyahıya əsasən 2014/2015-ci tədris ilin azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək hüququna malik olacaqlar. Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günədək 2612 gənc dünyanın aparıcı ali təhsil müəssisələrinlə təhsil almaq hüququ qazanıb, 600 gənc təhsilini başa çatdırıb. 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 766 namizəd barədə müsbət qərar qəbul edilib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM