Azərbaycanlı güləşçi İŞİD-ə qoşuldu - FOTO

17:39 | 25.08.2014
Azərbaycanlı güləşçi İŞİD-ə qoşuldu - FOTO

Azərbaycanlı güləşçi İŞİD-ə qoşuldu - FOTO

Xəbər verdiyimiz kimi, bu yaxınlarda İsmayıllı rayonundan olan 5 nəfər Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.

 

AzVision.az-ın əldə etdiyi məlumata görə, Suriyada İŞİD cəbhəsinə qoşulan İsmayıllı sakinlərindən biri peşəkar güləşçi, Respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançı Rəşad Baxşəliyevdir.

 

O, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. Rəşad Baxşəliyev ölkə Çempionatında bir neçə dəfə birinci və ikinci yerə layiq görülüb. 

 

Ailəsinin bildirdyinə görə, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib. 

 

İŞİD-ə qoşulan idmançının fotosunu təqdim edirik:

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM