Azərbaycanlı gözəl "Dünya çempionu" oldu - FOTOLAR

10:31 | 13.11.2014
Azərbaycanlı gözəl "Dünya çempionu" oldu - FOTOLAR

Azərbaycanlı gözəl "Dünya çempionu" oldu - FOTOLAR

İkiqat mütləq dünya çempionu olan Günel Talıbova yenə qələbə qazanıb

Pauerliftinq üzrə növbəti dünya çempionatı Amerikanın Florida ştatinda noyabr ayının 12 –dən start götürüb.ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, bu çempionatda həmyerlimiz, Azərbaycan yığma komandasının favoriti, 2012-2014- cü illər ərzində üçqat mütləq Avropa, ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbova da çıxış edib. O, növbəti dəfə dünya çempionu olub. Üç hərəkətin cəmi olaraq xanım idmançımız 56 kq çəki dərəcəsində 430 (150-90-190) kq qaldırıb. Bununla da yeni dünya rekordlarını təzələyib.

Qeyd edək ki, Günel Talıbova mütləq dünya rekordçusudur. Onun haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri yerli və dünya mətbuatda yer alıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM