Azərbaycanlı iş adamı Kiyev Maydanında döyülüb

17:22 | 21.02.2014
Azərbaycanlı iş adamı Kiyev Maydanında döyülüb

Azərbaycanlı iş adamı Kiyev Maydanında döyülüb

Ukraynanın paytaxtı Kiyevdə baş verən hadisələr zamanı azərbaycanlı iş adamı hücuma məruz qalaraq döyülüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hücuma məruz qalan şəxs əslən Azərbaycanın Masallı rayonundan olan Ukrayna vətəndaşı, 1966-cı il təvəllüdlü Behbud Yaqubovdur. Hadisə ötən gün axşam Müstəqillik Meydanının (Maydan) yaxınlığında baş verib. “Berkut” xüsusi təyinatlıları ilə etirazçılar arasında toqquşma zamanı oradan keçən B. Yaqubov dəyənəklə baş nahiyəsindən ağır zərbələr alıb. Hazırda Kiyevdəki xəstəxanaların birində koma vəziyyətindədir, vəziyyəti orta ağır qiymətləndirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM