Azərbaycanlı iş adamı zorlamaya görə həbs edildi

11:29 | 11.07.2014
Azərbaycanlı iş adamı zorlamaya görə həbs edildi

Azərbaycanlı iş adamı zorlamaya görə həbs edildi

O 17 yaşlı qıza qarşı zorakı seksual hərəkətlər edib.

Rusiyanın Tolyatti şəhərində topdansatış bazarının direktoru olan 48 yaşlı Azərbaycan vətəndaşı zorlamaya görə həbs edilib. 

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Tolyattinin mərkəzi rayon məhkəməsi onun 17 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlərinə görə barəsində həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, zərərçəkənin valideynləri mayın 26-da polisə şikayət ərizəsi verərək bildiriblər ki, “Larina” topdansatış bazarının direktoru olan azərbaycanlı onların qızına qarşı zorakı seksual hərəkətlər edib.

Bu şikayət ərizəsi əsasında cinayət işi qaldırılıb və bazar direktoruna qarşı ittiham irəli sürülüb. Onun adı açıqlanmır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM