Azərbaycanlı jurnalistlər İŞİD-lə bağlı BƏYANAT

17:07 | 23.08.2014
Azərbaycanlı jurnalistlər İŞİD-lə bağlı BƏYANAT

Azərbaycanlı jurnalistlər İŞİD-lə bağlı BƏYANAT

Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyaca məşhur jurnalist James Foleyin qəddarcasına öldürülməsi faktı ilə bağlı dərin hüznünü bildirir və bu ağır hadisələrin bir daha təkrarlanmaması üçün bütün dünya ictimaiyyətini terror və zorakılığa qarşı daha kəskin mübarizə aparmağa çağırır.Bəyanatda deyilir:"Biz Beynəlxalq Media ictimaiyyətinin bir təmsilçisi kimi bu hadisəni bütün dünyanın vicdanını sarsıdan bir zorakılıq kimi qəbul edirik.Jurnalistlər obyektivliyin və ədalətin daşıyıcılarıdırlar. Onlar istənilən müharibə və hərbi əməliyyatlarda öz həyatlarını riskə ataraq insanları zəruri məlumatlarla təmin etməklə , həm də dünyaya hər bir müharibənin nə qədər dağıdıcı və insan faciələri ilə bol olmasını əyani şəkildə ortaya qoyurlar. Terrorizm də bütün dünyaya qarşı elan olunmuş bir müharibədir. Terroristlər xərçəng xəstəliyi kimi dünya orqanizminə yayılıb , insanlar arasındakı sülhsəvərlik və insanpərvərlik hisslərini məhv etmək , bəşəri dəyərləri dağıtmaq istəyirlər. Amma istənilən halda bütün bu cəhdlər iflasa məhkumdur. Beynəlxalq Avrasiya Mətbuat Fondu , amerikalı jurnalist James Foleyin qəddarcasına öldürülməsi faktından çox ciddi sarsıntı keçirən Amerika xalqını möhkəm iradə nümayiş etdirməyə çağırır və bəyan edir ki, dualarımız Foley ailəsi ilə birlikdədir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM