Azərbaycanlı mer qətlə yetirildi - FOTOLAR

17:17 | 26.07.2014
Azərbaycanlı mer qətlə yetirildi - FOTOLAR

Azərbaycanlı mer qətlə yetirildi - FOTOLAR

Ukraynanın "Vorskla" klubunun əslən azərbaycanlı prezidenti Oleq Babayev qətlə yetirilib. Sportnet.az-ın məlumatına görə, eyni zamanda Kremençuk şəhərinin meri olan Babayev evinin yaxınlığında güllələyiblər. O, evindən çıxaraq, zibil atmaq istərkən, "VAZ2109" markalı ağ avtomobil qarşısını kəsib və atəş açmağa başlayıb. Nəticədə 49 yaşlı məmur aldığı 3 güllə yarasından yerindəcə keçinib. Hazırda faktla bağlı araşdırmalar gedir. Qeyd edək ki, Oleq Babayev 1965-ci il oktyabrın 21-də Rusiyanın Kursk şəhərində doğulub. Onun atası Azərbaycanın Şəmkir rayonundan, anası isə milliyyətcə rus olub. O.Babayev 1986-cı ildə Minsk hərbi-siyasi texnikumunu, 2000-ci ildə isə Taras Şevçenko adına Kiyev Milli Universitetini başa vurub. 1998-ci illərdə "Kremençukət" səhmdar cəmiyyətinin idarə heyətinin sədri, 2005-ci ilin aprelindən "Vorskla" klubunun prezidenti, 2010-cu ilin noyabrından Kremençuk meri, 2007-ci ilin noyabrından 2011-ci ilin fevralınadək Yuri Tumoşenko blokundan Ukrayna xalq deputatı kimi çalışıb. Habelə, "Kremençuk" klubunun fəxri prezidenti postunu tutan sabiq iş adamı cüdo üzrə idman ustası dərəcəsi də alıb. ANN.AZ
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM