Azərbaycanlı milyarder bir gecədə 800 milyon qazandı

09:13 | 10.01.2015
Azərbaycanlı milyarder bir gecədə 800 milyon qazandı

Azərbaycanlı milyarder bir gecədə 800 milyon qazandı

Dünyanın 200 varlı insanı arasında yer alan rusiyalı 14 milyarder 1 gecədə 3,8 milyard dollar qazanıb.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, gəlir əldə edənlərin siyahısına azərbaycanlı milyarder, "Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov başçılıq edir.

Azərbaycanlı milyarder yanvarın 8-də 778,7 milyon dollar qazanıb. Ötən gecə ən az qazanan milyarder isə Viktor Vekselberqdir. O, qeyd edilən vaxt cəmi 49,2 milyon dollar əldə edib.

Digər 14 milyarderdən fərql olaraq Andrey Melniçenkonun adı itirənlər siyahısındadır. Dünya milyarderləri sırasında 132-ci olan 9,1 milyard dollarlıq sərvətə malik A.Melniçenko 24 saat ərzində 31,7 milyon dollar itirib.

Xatırladaq ki, yanvarın 8-də 200 milyarder ümumilikdə 42,5 milyard dollar qazanıblar. Siyahıya 1,8 milyard dollarlıq qazancla ispaniyalı Amansio Orteqa rəhbərlik edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb