Azərbaycanlı Rusiyada nazir müavini ola bilər

15:30 | 29.07.2014
Azərbaycanlı Rusiyada nazir müavini ola bilər

Azərbaycanlı Rusiyada nazir müavini ola bilər

Rəşid Rüstəm oğlu İsmayılov 1965-ci ildə Bakıda doğulub

Rusiyada daha bir bakılıya vəzifə verilə bilər. Rusiya Rabitə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəşid Rüstəm oğlu İsmayılov nazirin İT sektora nəzarət edən müavini postuna təyinat ala bilər. ANS PRESS-in məlumatına görə, bu barədə İtar Tass nazirlikdəki mənbələrinə istinadən məlumat yayıb.Mənbənin məlumatına görə, hazırda İsmayılov dövlət qulluğuna qəbulla bağlı standart yoxlama prosedurundan keçir."Onun bu posta namizədliyi məsələsi hələki müzakirə edilir. Lakin dəqiq qərar yoxdur".Nazirliyin mətbuat xidmətindən bu məsələ ilə bağlı açıqlama verilməyib.Qeyd edək ki, R.İsmayılov adıçəkilən nazirlikdə 2013-cü ildən çalışır. Rabitə sahəsində beynəlxalq münasibətlərin inkişafı, əcnəbi tərəfdaşlarla qarşılıqlı münasibətlərin inkişafı, Rusiyanın qlobal tele-bazarda imicinin möhkəmləndirilməsi işləri onun kurasiyasındadır. Bu vəzifəyə təyin edilənə kimi isə o "Huawei Technologies", "Nokia Siemens Networks" və "Ericsson" da rəhbər vəzifə tutub.Rəşid İsmayılov 1965-ci il noyabrın 2-də Bakıda doğulub. 1982-ci ildə Moskvada internat məktəbini bitirib. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM