Azərbaycanlı velosipedi ilə dünya səyahətinə çıxdı

14:25 | 27.02.2014
Azərbaycanlı velosipedi ilə dünya səyahətinə çıxdı

Azərbaycanlı velosipedi ilə dünya səyahətinə çıxdı

Azərbaycanlı velosipedçi dünya səyahətinə çıxıb. ANS PRESS-in məlumatına görə, Rusiyada Ramil Ziyadov adlı azərbaycanlı velosipedçi öz velosipeti ilə uzaq məsafələr fəth etməyə başlayıb. Velosipedçi "Azərbaycan naminə" adını verdiyi tur zamanı Dneprə qədər gedib çatıb. Ramil Ziyadovun artıq ikinci dəfə təşkil etdiyi velosipet turu zamanı 45 min kilometr yol qət etdiyi bildirilir.Ziyadov Kiyevə baş çəkmək istədiyini söyləyib. O,daha sonra Belorus, Moldova və Türkiyəyə, Misirə qədər getmək niyyətində olduğunu bildirib. Ramil, səyahətinin Afrika mərhələsində isə Saxaranı keçməyi və Keyptauna çatmağı planlaşdırır.Yolda Ramil Ziyadov, fürsətdən istifadə edərək, tarix, mədəniyyət və Azərbaycan xalqının ənənələri haqqında məlumat yayır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM