Azərbaycanlı xanımlar boş vaxtlarında nə edirlər? - SORĞU

12:57 | 22.10.2014
Azərbaycanlı xanımlar boş vaxtlarında nə edirlər? - SORĞU

Azərbaycanlı xanımlar boş vaxtlarında nə edirlər? - SORĞU

Siz Cənubi Qafqazdansınız? Tədbir və konsertlərdə iştirak etməkdə nə dərəcədə sərbəstsiniz?Oxu.Az xəbər verir ki, BBC belə suallarla Zaqafqaziya qadınlarına onların sosial həyatını öyrənmək məqsədi ilə müraciət edib.“Ermənistan, Azərbaycan və Gürcüstan Sovet İttifaqının tərkib hissəsi idilər, amma onun süqutundan sonra müstəqillik qazandılar. Keçmiş sovet ölkələri arasında coğrafi baxımdan Avropaya yaxın olan məhz bu üç ölkədir”, - mənbə yazır.BBC qeyd edir ki, Ermənistan, Azərbaycan və Gürcüstan sosial azadlığa malikdirlər, onlar konsert, bar və gecə klublarında əylənmək daxil olmaqla gecə həyatı yaşaya bilirlər. Amma, bu məsələlərdə bütün qadınlar eyni azadlığa malik deyillər.  “Yerli sakinlər bildiriblər ki, yalnız bəziləri saat 21.00-dan sonra evdən çıxa bilirlər”, mənbə yazır və Ermənistan, Azərbaycan və Gürcüstandan olan qadınların özlərinin: Axşam asudə vaxtını evdən kənarda keçirən qadınlara münasibətiniz? Axşam gəzintilərinə çıxan qadınlardansınızmı? Axşam asudə vaxtınızı necə keçirirsiniz? Sizcə bu qadın üçün yaxşı fikir deyil? kimi suallara cavab verməyi təklif edib.“Biz sualların cavablarını sizdən eşitmək istərdik. Eləcə də asudə vaxtınızı necə keçirmənizin əks olunduğu fotoları görmək istərdik”,- mənbə yazır.BBC bildirib ki, qadınlar bu suallara cavabları 2014-cü ilin noyabr ayının 4-nə qədər göndərə bilərlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM