Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq müzakirə olunub

19:52 | 04.03.2024
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq müzakirə olunub

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında "10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
 
Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM