Azərbaycanlı deputat AVRONEST-də vəzifə aldı

12:15 | 27.06.2018
Azərbaycanlı deputat AVRONEST-də vəzifə aldı

Azərbaycanlı deputat AVRONEST-də vəzifə aldı

Belçikanın paytaxtı Brüsseldə AVRONEST Parlament Assambleyasının (PA) VII sessiyası keçirilir.

Oxu.Az xəbər verir ki, sessiyada deputat Sahibə Qafarovanın başçılıq etdiyi Milli Məclisin (MM) nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətində təmsil olunan S. Qafarova millət vəkili Fuad Muradovun hökumətdə yer alması səbəbi ilə artıq bundan sonra AVRONEST PA-dakı Azərbaycan nümayəndə heyətinə də başçılıq edəcək.

Sessiyada Enerji təhlükəsizliyi komitəsində Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili və Avropa Parlamentinin deputatı Norika Nikolaylın müəllifi olduğu "Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji dayanıqlılığı və enerji səmərəliliyinin artırılması” mövzusunda məruzə müzakirəyə çıxarılıb. 

Məruzədə dünyada enerjiyə tələbatın getdikcə artması fonunda enerjidən səmərəli istifadə etməyin iqtisadi inkişafa və sosial təhlükəsizliyə gətirib-çıxaracağı qeyd edilir. Avropa Birliyi üzv ölkələrinin alternativ mənbələrlə enerji ilə təmin olunmasının bütövlükdə regionun enerji xəritəsinə edəcəyi dəyişikliklər də məruzədə öz əksini tapıb. 

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti barədə məruzədə xüsusi maddə salınıb, Azərbaycanın enerji səmərəliliyi barədə həyata keçirdiyi layihələr və SOCAR-ın bu sahədə beynəlxalq uğurları ayrıca vurğulanıb.

Məruzə Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrini enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə və bu əməkdaşlığın iqtisadi inkişafa çevrilməsinə dəstək verməyə çağırıb.

Sessiyada həmçinin təşkilati məsələlərə də baxılıb. Azərbaycan nümayəndə heyətini üzvü, deputat Tahir Mirkişili AVRONEST PA-nın Enerji təhlükəsizliyi komitəsinin sədr müavini vəzifəsinə seçilib.

Millət vəkili saytımıza qısa açıqlamasında da sözügedən məlumatı təsdiqləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM