Azərbaycanlı məşhur özünə “Əvəzolunmaz sənətkar” ADINI VERDİ

21:52 | 11.06.2019
Azərbaycanlı məşhur özünə “Əvəzolunmaz sənətkar” ADINI VERDİ

Azərbaycanlı məşhur özünə “Əvəzolunmaz sənətkar” ADINI VERDİ

Şou-biznesdə özünə müxtəlif titullar verən məşhurlar çoxluq təşkil edir. 
Redaktor.az mövzu ilə bağlı sənətçilər arasında maraqlı sorğu keçirib:
Müğənni, meyxanaçı Samirə Yusifqızı bildirdi ki, şou-biznesdə ona layiq titul yoxdur:

"Hələ şou-biznesdə mənə layiq titul yoxdur, əvəzsizəm. Xalq, əməkdar artistlər çoxdur, amma əvəzolunmaz yoxdur. Ona görə də mən əvəzolunmaz sənətkaram. Belə titul olsa idi, mənə uyğun olardı".
Prodüser Mədinə Malikə illərdir "Svetskaya lvica” titul ilə müraciət olunur.

Əməkdar artist Elza Seyidcahan özünə "Xeyirxah Elza” titulu verib.

Aparıcı Humay Muxtarova isə uşaqlıqdan sevərək izlədiyimiz cizgi filminin əsas qəhrəmanının adını özünə titul kimi götürüb. Muxtarova şou-biznesin "Tık-tık xanımı"dır.

Müğənni Afət Fərmanqızı isə "Toylar şəhzadəsi” titulunu sahiblənib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti