Azərbaycanlı milyarder icra hakimiyyətini məhkəməyə verdi

10:24 | 05.10.2015
Azərbaycanlı milyarder icra hakimiyyətini məhkəməyə verdi

Azərbaycanlı milyarder icra hakimiyyətini məhkəməyə verdi

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq

"Az-Nar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini məhkəməyə verib. "Report”un xəbərinə görə, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir.

İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.

Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Qeyd edək ki, "Aznar” QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. F.Əhmədov hazırda Rusiya Federasiyasında yaşayır.

"Aznar” QSC-nin ofisi Göyçay şəhərindədir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür