Azərbaycanlılar lotereya oyunlarına 27 milyon manat xərcləyiblər

23:59 | 02.02.2016
Azərbaycanlılar lotereya oyunlarına 27 milyon manat xərcləyiblər

Azərbaycanlılar lotereya oyunlarına 27 milyon manat xərcləyiblər

2015-ci ildə "Azərlotereya” ASC tərəfindən keçirilmiş lotereya oyunları üzrə 26 913 153 ədəd lotereya bileti satılıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən Oxu.Az-a bildirilib. 

"Lotereya biletlərinin satışından 27 684 254 manat vəsait əldə olunub. Bu vəsaitin 17 997 972 manatı uduş fonduna sərf olunub ki, bu da satış həcminin 65%-ni təşkil edib.

Belə məlum olur ki, uduş fonduna yönəldilən vəsaiti çıxsaq, "Azərlotereya”  bilet satışından 9 686 282 manat əldə edib.

Ötən il "Azərlotereya” ASC tərəfindən keçirilmiş lotereya oyunlarında 156 avtomobil və 21 "Cek Pot” ("Cek Pot"ların ümumi məbləği 1 562 630 manat) udulub. Bu "Cek Pot”lardan ən iri məbləğlər "5/36” lotereyasının 1253-cü tirajında - 205 370 manat, "6/40” lotereyasının 825-ci tirajında - 159 305 manat və "Super Loto”nun 118-ci tirajında - 196 000 manat qazanılıb.

Şəffaflığın təmin olunması məqsədilə tirajlar televiziyada nümayiş olunub, qaliblər haqqında ətraflı məlumat KİV vasitəsilə ictimaiyyətə çatdırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb