• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycanlılara kömək edən erməni iş adamına təzyiq edilir

Azərbaycanlılara kömək edən erməni iş adamına təzyiq edilir
25.12.2013 13:55
Ukraynanın Luqansk şəhərində həmyerliləri ilə arasında yaranmış fikir ayrılığına görə azərbaycanlıların diaspor təşkilatının fonduna vəsait köçürən erməni iş adamına təzyiqlər başlayıb. Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, erməni iş adamı Robert özünün, ailəsinin və yaxınlarının erməni diaspor təşkilatları və iş adamları tərəfindən təzyiqlərə, təhdidlərə məruz qaldığını bildirib. O özünə və yaxınlarına təhdidlərin Ukrayna ilə yanaşı, Rusiyadakı erməni təşkilatlarından və Ermənistandan da edildiyini bildirib. Ona qeyri-rəsmi olaraq, Ermənistana getməmək barədə xəbərdarlıq da edilib. Qeyd edək ki, Luqansk şəhərində yaşayan erməni əsilli tanınmış iş adamı Robert (soyadı təhlükəsizliyi baxımından açıqlanmırdı) erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürüb. Köçürülən vəsaitin məbləği açıqlanmır. O bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini deyib. İş adamı bundan sonra da nəzərdə tutulan aylıq vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
Siyasət 07:24
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol