Azərbaycanlıların Gürcüstana kütləvi axını

16:54 | 02.04.2015
Azərbaycanlıların Gürcüstana kütləvi axını

Azərbaycanlıların Gürcüstana kütləvi axını

2015-ci ilin ilk üç ayında Gürcüstana səfər edənlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2% azalaraq 986 366 nəfər təşkil edib.

Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Məlumat-Təhlil Departamenti məlumat yayıb. 

Gürcüstana ziyarət edənlər arasında birinci yerdə Azərbaycan vətəndaşları (110 456), ikinci yerdə Türkiyə vətəndaşları (96 132), üçüncü yerdə isə Ermənistan vətəndaşlarıdır (91 169). Ruslar isə siyahıda dördüncü yerdədirlər – 49 563 nəfər. 

Avropa İttifaqı ölkələrindən ötən ay Gürcüstana 15 mindən çox, Ukraynadan isə 8 942 ziyarətçi baş çəkib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM