“Azərbaycanlıların xaricdə dini təhsilinə qadağa qoyulmalıdır”

19:23 | 06.03.2015
“Azərbaycanlıların xaricdə dini təhsilinə qadağa qoyulmalıdır”

“Azərbaycanlıların xaricdə dini təhsilinə qadağa qoyulmalıdır”

"Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmalıdır”.
 
ANS PRESS-in məlumatına görə, bu təkliflə deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxış edib.

Millət vəkili bildirib ki, xaricdə təhsil alan bəzi gənclər bəzi siyasi dairələrin təsirinə düşür.
Zahir Orucun sözlərinə görə, bununla bağlı "Dini etiqad azadlığı haqqında” qanuna da müvafiq dəyişikliklər edilməlidir:

"İslam Universitetinin müəllimləri dini təhsil vermək baxımından beynəlxalq standartlara cavab verməyə bilərlər. Bu baxımdan da kənar yerdən daha yüksək səviyyədə dini təhsil vermək üçün müəllimlər həmin universitetə cəlb edilə bilər. Lakin Azərbaycan gənclərinin xaricdə dini təhsil dalınca getmələrinə icazə vermək olmaz”.

Zahid Oruc qeyd edib ki, xaricdə dini təhsil qanunla qadağan olunmalıdır. O, Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə keçirdiyi anti-terror əməliyyatını xatırladıb. Deputat deyib ki, saxlanılan gənclərdən ikisi məhz xaricdə təhsil alan olub.

"Onlar ölkədə çevriliş edərək şəriət dövləti yaratmağa cəhd ediblər. Bunun da qarşısı MTN tərəfindən alınıb. Təklifimin kökündə də bu məqamlar dayanır”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM