Azərbaycanın cənubunda meşələr yanır - FHN ayaqda!

12:00 | 26.07.2014
Azərbaycanın cənubunda meşələr yanır - FHN ayaqda!

Azərbaycanın cənubunda meşələr yanır - FHN ayaqda!

41 yanğınsöndürən, 100 əsgər, 1 helikopter, 1 təyyarə, 200 işçi cəlb edilib Azərbaycanın cənub bölgəsində meşə yanğınları davam edir.ANN.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə zolağı ərazisində təxminən 50 ha sahədə müxtəlif növ ağaclar (palıd, dəmirağac, kol-kos) yanır. Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü (avtomobil yolundan təxminən 4-6 km yüksəklikdə) nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin qurumlarından 41 yanğınsöndürən, Mülki Müdafiənin 100 əsgəri, Aviasiya Dəstəsindən 1 helikopter, 1 təyyarə, 200 meşə təsərrüfatı işçisi və tırtıllı traktorlar cəlb edilib. Yanğının yayılma təhlükəsi aradan qaldırıb, tam söndürülməsi işləri davam etdirilir. Bundan başqa, Lənkəran rayonu Hirkan Milli Parkının ərazisində 20 ha sahədə meşə zolağı və dağlıq ərazidə kol-kos yanmaqda davam edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 75 yanğınsöndürəni, Aviasiya Dəstəsindən 2 helikopter və meşə təsərrüfatı işçilərindən 80 nəfər canlı qüvvə cəlb edilib. Hazırda yanğın qayalıq ərazidə davam edir və yanğının söndürülməsi üçün müvafiq tədbirlər həyata keçirilir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM